Ana Sayfa > Siyasət > Səməd Seyidov: VII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınmalıdır

Səməd Seyidov: VII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınmalıdır


16-03-2019, 13:23. Yazar: sevinc1
Səməd Seyidov: VII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınmalıdır


VII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınmalıdır.

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, ümumiyyətlə, Qlobal Bakı Forumu çox vacib və əhəmiyyətli bir tədbirdir: "Bu forum xüsusi bir şüarla keçirilir - "Dünyanın yeni xarici siyasəti”. Bu yeni siyasətin bünövrəsini isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gördüyü işlər təşkil edir".

Onun sözlərinə görə, bu yeni siyasətin mahiyyəti milli maraqları müdafiə edərək onları dünya səviyyəsində ən vacib, ən aktual məsələlərə uyğunlaşdırmaqdan ibarətdir:

"Qlobal Bakı Forumunun çox böyük əhəmiyyəti var və inanıram ki, bu forumda müzakirə müzakirə edilən, təhlil olunan, tövsiyə edilən məsələlər beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən təşkilatlar tərəfindən nəzərə alınacaq”.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 55 ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

aia.az
Geri dön