Ana Sayfa > Karusel / Aia TV > Afət işdən qovulan tibb bacılarına sahib çıxdı: “Maaşlarından çox pul verəcəm”
Afət işdən qovulan tibb bacılarına sahib çıxdı: “Maaşlarından çox pul verəcəm”15-03-2019, 15:13. Yazar: sevinc1 |
Müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub. Məsələ ilə bağlı müğənni Afət Fərmanqızı bildirib ki, Şəki Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov işçilərini müğənni Nüşabə Ələsgərliyə görə işdən çıxarıb: "Mənə bir nəfər "İnstagram"da yazdı ki, baş həkim Nüşabə Ələsgərlinin qohumudur. Onun da mənimlə münasibətləri bu mahnıya görə pozuldu. Ya baş həkim Nüşabəyə yaxşı görünmək üçün bu addımı atıb, ya da o, bu videonu görəndən sonra baş həkimə nəsə deyib. Düzü, mən bu söhbətlərə inanmaq istəmirəm. Amma qanunvericilikdə belə bir şey yoxdur ki, işçi nahar vaxtı çəkdiyi videoya görə işdən çıxarılsın. Bunu Allah da götürməz ki, 5 ailəni bayram qabağı çörəyindən etsinlər. Mən onlara vəkil tutmuşam. Həmin səhiyyə işçilərinin hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət olunacaq. 4 yaxın dostuma demişəm, bir də mən özüm həmin 5 işçinin ailəsinə maaşından da çox hər ay maddi yardım edəcəyik. Bir də onu demək istəyirəm ki, məni bu mahnıya görə tənqid edən şəxslər və sənət adamları qələt edirlər. Onlar getsinlər işləri ilə məşğul olsunlar. Mən erməni deyiləm ki, mənim üzərimə bu qədər gəlirlər". (unikal.org) aia.az Geri dön |