Ana Sayfa > Media / Aia TV / Karusel > Sovet əsgərinin gizlədiyi tankı uşaq tapdı - Foto

Sovet əsgərinin gizlədiyi tankı uşaq tapdı - Foto


10-01-2016, 09:22. Yazar: admin



Estoniyada Böyük Vətən Müharibəsindən qalma tank tapılıb.

Aia.az xəbər verir ki, tank bir oğlan uşağının Kurtna Matasjarv gölündə suyun köpükləndiyini görüb böyüklərə xəbər verməsindən sonra aşkarlanıb.

Əraziyə gələn səlahiyyətli şəxslər göldə qazma işləri apararaq su altındakı 30 tondan artıq çəkisi olan böyük dəmir avadanlığı üzə çıxarıblar. Araşdırmalar nəticəsində avadanlığın T34/76A tankı olduğunu müəyyən edilib.
Güman edilir ki, II Dünya Müharibəsi vaxtı Sovet əsgərləri tankı orada gizlədib. İnanılmaz olsa da, təxminən, 56 il suyun altında qalan tank zərər görmədiyindən bərpa edilərək istifadəyə yararlı vəziyyətə gətirilib.
Sovet əsgərinin gizlədiyi tankı uşaq tapdı - Foto


Geri dön