Ana Sayfa > Karusel / İdman > “Formula 1” üzrə 2019-ci il dünya çempionatı başladı
“Formula 1” üzrə 2019-ci il dünya çempionatı başladı15-03-2019, 10:18. Yazar: sevinc1 |
Bu gün "Formula 1” üzrə 2019-ci il dünya çempionatı start götürüb. Yeni mövsüm Avstraliyanın Melburn şəhərindəki "Albert Park” trasında başlayıb. Artıq yarışda ilk sərbsət yürüşə yekun vurulub. Burada ən yaxşı nəticəni Almaniyanın "Mercedes” komandasının pilotu Lüis Hemilton göstərib – 1.,23,599. "Üçlüy”ü İtaliya "Ferrari”sinin sürücüləri qapayıb. Sebastyan Fettel (+0,038) ikinci, Şarl Lekler üçüncü olub (+0,074). Bu gün daha bir sərbəst yürüş baş tutacaq. Martın 16-da əvvəlcə 3-cü sərbəst yürüş, ardınca sıralama turu olacaq. Yarış martın 17-də keçiriləcək və Bakı vaxtı ilə saat 09:10-da start götürəcək. 2019-cu il mövsümünün sifariş vərəqi № Pilot Komanda Bolid 44 Lüis Hemilton Mercedes AMG Petronas Motorsport Mercedes 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport Mercedes 5 Sebastyan Fettel Scuderia Ferrari Mission Winnow Ferrari 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow Ferrari 33 Maks Ferstappen Aston Martin Red Bull Racing Red Bull Racing-Honda 10 Pyer Qasli Aston Martin Red Bull Racing Red Bull Racing-Honda 3 Daniel Rikkardo Renault F1 Team Renault 27 Niko Hülkenberq Renault F1 Team Renault 8 Romen Qrojan Rich Energy Haas F1 Team Haas-Ferrari 20 Kevin Maqnussen Rich Energy Haas F1 Team Haas-Ferrari 55 Karlos Sayns McLaren F1 Team McLaren-Renault 4 Landro Norris McLaren F1 Team McLaren-Renault 11 Serxio Peres Racing Point F1 Team Racing Point-Mercedes 18 Lens Stroll Racing Point F1 Team Racing Point-Mercedes 7 Kimi Raykkonen Alfa Romeo Racing Alfa Romeo Racing-Ferrari 99 Antonio Covinatsi Alfa Romeo Racing Alfa Romeo Racing-Ferrari 26 Daniil Kvyat Red Bull Toro Rosso Honda Scuderia Toro Rosso-Honda 23 Aleksandr Albon Red Bull Toro Rosso Honda Scuderia Toro Rosso-Honda 63 Corc Rassel Williams Racing Williams-Mercedes 88 Robert Kubitsa Williams Racing Williams-Mercedes Qeyd edək ki, mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq. (report) aia.az Geri dön |