Ana Sayfa > Qərbi Azərbaycan / Manşet / Karusel > Müalicə-profilaktiki, epizootik tədbirlərin aparılmasına start verilmişdir
Müalicə-profilaktiki, epizootik tədbirlərin aparılmasına start verilmişdir10-01-2016, 02:13. Yazar: admin |
Azərbaycan Respublikasında heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq 2016-cı ilin cari ilin müalicə və profilaktiki, epizootik tədbirlərin aparılmasına start verilmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, qular araslnda nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında isə brusellyoza görə serioliji müayinələrin aparılması məqsədi ilə qanalma tədbirlərinə başlanılmışdır. Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanların müalicə və profilaktiki, epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət olunsun, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti epizootik tədbirlər planında nəzərdə tutulan xəstəliklərin profilaktikası üçün peyvənd vasitələri ilə yerli baytarlıq idarələrini təmin etməklə lazımi nəzarət tədbirlərini həyata keçirir. Baytarlıq apteklərində reyd keçirilmişdir Kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) heyvan həyatı üçün təhlükəli olan, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının istehsalı və satışının qarşısını almaq məqsədi ilə yanvarın 7 və 8-də reyd keçirmişdir. Reyd zamanı Bakı şəhərində iki baytarlıq aptekindən 70 kq-dan yuxarı kustar üsulla hazırlanmış saxta, keyfiyyətsiz helmisit qranulyat antihelmint dərman maddəsi aşkar olunaraq götürülmüşdür. Həmin dərman preparatlarının yoxlanılması məqsədi ilə müvafiq laboratoriya müayinəsi aparılmışdır. Analizin nəticələrinə əsasən bu dərmanların saxta, kustar üsulla hazırlandığı və keyfiyyətsiz olması müəyyən edilmişdir. Həmçinin Yevlax rayonunda da reyd keçirilmişdir. Reyd nəticəsində Xəlilov Səməd Mikayıl oğluna məxsus Yevlax rayonu S.Ruhulla küçəsi, mənzil 37 ünvanında yerləşən baytarlıq dərman preparatları saxlanan anbarından və baytarlıq aptekindən 23 adda 500 kq-a yaxın vaxtı keçmiş, 8 adda 5 kq-a yaxın qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyən, normativ texniki-sənədlərin tələblərinə cavab verməyən, mənşəyinə dair heç bir sənədi olmayan baytarlıq dərman preparatları aşkar edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilmək məqsədi ilə götürülmüşdür. Həmin dərman maddələrindən də nümunələr götürülərək müayinə üçün müvafiq laboratoriya göndərilmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, saxta, kustar üsulla hazırlanmış baytarlıq dərman preparatlarının satışının və istehsalının qarşısının alınması üçün reydlər bundan sonra da davam etdiriləcək. Bu kimi işlərlə məşğul olanlar barəsində daha ciddi inzibatı tədbirlər görüləcəkdir. Aşağı Güzdək qəsəbəsində 4 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlandı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir. Kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti ardıcıl olaraq bu istiqamətdə reydlərini davam etdirir. Dövlət Baytarlıq Nəzarəti Xidməti yanvarın 9-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini, icarədar olan Sərdar Şıxəliyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirmişdir. Reyd Daxili İşlər Nazirliyinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılmışdır. Reyd nəticəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skilletləri aşkar olunmuşdur. Mənşəyi məlum olmayan həmin heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcəkdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və bu işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcəkdir. Geri dön |