Ana Sayfa > Ölkə > Rayon əhalisinin tibbi müayinəsi davam edir - FOTOLAR

Rayon əhalisinin tibbi müayinəsi davam edir - FOTOLAR


14-03-2019, 17:48. Yazar: sevinc1
Rayon əhalisinin tibbi müayinəsi davam edir - FOTOLAR




Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının növbəti dəfə tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar 11 fevral 2019-cu il tarixdən Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.

aia.az xəbər verir ki, 88282 nəfər əhalisi olan rayonun 65219 nəfəri 18 yaşdan yuxarıdır. Bu günə qədər 32114 nəfər tibbi müayinədən keçmişdir ki, onlardan 28683 nəfəri sağlam, 3266 nəfəri ambulator müalicəyə, 99 nəfəri stasionar müalicəyə, 66 nəfəri Bakı şəhərinə yerləşən tibb müəssisələrinə göndərilmiş, 30 nəfərdə cərrahiyyə əməliyyatı aparılmışdır. Əhalinin tibbi müayinəsinin səmərəli təşkilindən ötrü qrafik tərtib olunmuşdur. Ağstafa rayon Mərkəzi Xəstəxanasında yaradılmış həkim briqadası bu gün Aşağı Kəsəmən, Muğanlı və Ağstafa şəhər sakinlərini növbəti tibbi müayinədən keçirmişdir. Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam etdiriləcəkdir.

aia.az





Geri dön