Ana Sayfa > Manşet / Ölkə > Ağstafa şəhərində təhsil işçiləri ilə növbəti səyyar görüş keçirildi - FOTOLAR
Ağstafa şəhərində təhsil işçiləri ilə növbəti səyyar görüş keçirildi - FOTOLAR14-03-2019, 12:48. Yazar: sevinc1 |
Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşlarla səyyar qəbulları davam etdirir. aia.az xəbər verir ki, növbəti səyyar görüş Ağstafa şəhər 2 saylı tam orta məktəbində rayonun təhsil işçilərinin iştirakı ilə keçirilibdir. Tədbirdə rayonun hüquq-mühafizə müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, əmin-amanlığından geniş söz açaraq ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən rayonda görülən geniş abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərindən, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə danışıb. Qeyd olunub ki, sadalanan işlər dövlət başçımız cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Görüşdə təhsil işçilərini narahat edən istənilən məsələnin səsləndirilməsi təklif olundu. Şıxəli Qurbanov küçəsinə asfalt örtüyünün salınması, 2 saylı tam orta məktəbin istilik sisteminin yenidən qurulması, məktəbin həyətyanı sahəsinə asfalt örtüyün salınması, Səməd Vurğun küçəsində piyadaların təhlükəsiz gediş-gəlişinin təmin edilməsi üçün bir tərəfli səkinin quraşdırılması və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Ağstafa Olimpiya İdman Kompleksinin tikilməsinə ehtiyac olduğu vurğulandı. Səyyar görüşü yekunlaşdıran cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi. aia.az Geri dön |