Ana Sayfa > Manşet / Təhsil > Qazax – təhsil sahəsinə olan dövlət qayğısı böyük nailiyyətlərə zəmin yaradıb

Qazax – təhsil sahəsinə olan dövlət qayğısı böyük nailiyyətlərə zəmin yaradıb


14-03-2019, 12:39. Yazar: sevinc1
Qazax – təhsil sahəsinə olan dövlət qayğısı böyük nailiyyətlərə zəmin yaradıb



N.Babanlı: “Ölkəmizin sosial-iqtisadi və mədəni inkişafında ümumtəhsil məktəbinin rolu danılmazdır...”

Bu gün Azərbaycanda təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. O cümlədən, təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Qazax rayonudur. Respublikanın hər yerində olduğu kimi, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qazaxda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ötən dövr ərzində diqqət mərkəzində olmuş, rayonun ümumtəhsil məktəblərinin böyük əksəriyyəti yeni, daha müasir binalarda fəaliyyətini davam etdirmişdir.

2017-2018-ci dərs ilində rayon Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində 33 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərində 12579 nəfər şagirdin təlim tərbiyəsi ilə 1685 nəfər müəllim məşğul olmuşdur. Rayon üzrə bu günə kimi 5 nəfər müəllim “Əməkdar müəllim” adına layiq görülmüş, 6 nəfər müəllim “Tərəqi” medalı almış, 10 nəfər müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş, 3 məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” seçilmişdir.

Rayon Təhsil Şöbəsinin müdiri kimya elmləri namizədi Nizaməddin Babanlıdır.

Qısa arayış:

Babanlı Nizaməddin Baba oğlu 1964-cü ildə Saatlı rayonunda ziyalı ailəsində anadan olmuşdur.1970-ci ildə orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsinə daxil olmuş, 1985-ci ildə həmin fakultəni bitirmiş, təyinatla Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvü və Fiziki-kimya İnsititutuna (hazırkı Kimya Problemləri İnsititutu) göndərilmişdir. Bu insitututda o, əvvəlcə baş laborant, sonra isə böyük mühəndis vəzifəsində çalışmışdır. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır.



1991-ci ilin oktyabr ayında Azərbaycan Kənd Təsərüfatı Akademiyasının (indiki Aqrar Universitet) Qazax filialında əvvəlcə baş müəllim, 1994-cü ildən dosent vəzifəsində çalışmışdır. 1995-ci və 2000-ci illərdə 2 dəfə AKTA-nın elmi şurası tərəfindən filialda fakultə dekanı seçilmiş və 2001-ci ilədək həmin vəzifədə fəaliyyət göstərmişdir. 2001-ci ildən Azərbaycan Müəllimlər İnsitutunun Qazax filialında direktor müavini vəzifəsinə təyin olunmuşdur. 2015-ci ilin 24 iyun tarixindən hal-hazıradək Qazax RTŞ-nın müdiri vəzifəsində işləyir. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qeyd edək ki, bütün bu illər ərzində Nizaməddin müəllim elmi işlərini də müvəffəqiyyətlə davam etdirmişdir. Belə ki, o, əvvəllər çalışdığı Azərbaycan Elmlər



Akademiyasının Kimya Problemləri İnsititutu və Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq edərək elmi işlərinin təcrübi hissəsini həmin elmi müəssisələrin laboratoriyalarında yerinə yetirmişdir. İndiyədək N.Babanlının Respublikamızın elmi jurnallarında və eləcə də xaricdə nəşr olunan elmi toplularda 87 elmi məqaləsi çap olunmuşdur. Çap olunmuş elmi məqalələrindən 32-si respublika, 55-i müxtəlif xarici ölkə mətbuatında çap olunmuşdur. Bir çox beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. Bir metodik vəsaitin müəllifidir. “Cu və Ag metallarla kalkogenidlərin və onların əsasında bəzi çoxkomponentli fəzaların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını tamamlamaq üzrədir.

Ali məktəblərə qəbul faizi ilbəil artmaqdadır

Təhsilə göstərilən qayğının nəticəsi olaraq, Qazax rayonunda da məzunların ali məktəblərə qəbul faizi ilbəil artmaqdadır. O cümlədən, 2017-2018-ci tədris ili üzrə qəbul olma faizi 54,15 olmuşdur. Belə ki, tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600 baldan yuxarı toplayanlardır.



Bu baxımdan Qazax RİH rəhbərliyinin təşəbbüsü ilə yaradılmış işçi qrupun fəaliyyəti də təqdirəlayiqdir. Belə ki, məhz bu işçi qrupun gərgin zəhməti sayəsində bütün məktəblərdə şagirdlərin dərsə davamiyyəti yüksəlmiş, müəllimlərin keçdikləri dərslərin keyfiyyəti artmışdır.

Qeyd edək ki, ölkədə təhsil islahatlarına başlanıldığı vaxtdan Qazaxda da məktəb tikintisi prioritet sahəyə çevrilmişdir. Xüsusilə Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu sahədə çox mühüm nailiyyətlər əldə olunmuşdur. Bunun nəticəsidir ki, hətta ən ucqar dağ kəndlərində belə yeni təhsil ocaqları tikilərək istifadəyə verilib. Sosial-iqtisadi vəziyyətin çətin olduğu dövrdə də məktəb tikintisi diqqətdən yayınmır, yeni məktəblər inşa edilir, əsaslı təmir işləri həyata keçirilir. Təkcə 2017-2018-ci il tədris ilində Qazaxda S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb əsaslı təmir olunub, Xanlıqlar və Daş Salahlı kənd 1 saylı tam orta məktəblərində cari təmir işləri həyata keçirilib.

Müəllim əməyi yüksək qiymətləndirilir



“Ölkəmizin sosial-iqtisadi və mədəni inkişafında ümumtəhsil məktəbinin rolu danılmazdır. Ümumi təhsilin inkişaf səviyyəsindən təhsil sisteminin sonrakı pillələrinin inkişafı çox asılıdır. Çünki ümumi təhsil əsasdır, özüldür, təməldir. Bu özül nə qədər möhkəm olarsa, təhsil sistemi bütövlükdə o qədər güclü olar” – bu sözləri Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı 13 sentyabr 2018-ci il tarixində keçirilmiş Təhsil işçilərinin ənənəvi sentyabr konfransındakı çıxışında demişdi. Ölkə rəhbərliyi tərəfindən təhsilə böyük qayğı göstərildiyini xüsusi olaraq vurğulayan Nizaməddin müəllim, o cümlədən Qazaxın təhsil işçilərinin əməyinin də dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir. Şöbə müdiri bildirmişdir ki, 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 5 oktyabr - Beynəlxalq Müəllim Günü ilə əlaqədar ümumtəhsil məktəblərinin təlim-tərbiyə prosesinin təşkilində yüksək nəticələr əldə etmiş qabaqcıl təhsil işçiləri Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Hüseynxanova Xatın Zakir qızı “Əməkdar müəllim”, M.Hüseyn adına məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva Rəhilə Alı qızı “Tərəqqi” medalı fəxri adları, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məkrtəbin fizika müəllimi Qayayeva Yasəmən Naib qızı “Qabaqcıl Təhsil İşçisi” döş nişanı, Q.Hacımahmudova şəhər ümumi orta məktəbin direktoru Göyüşlü Yeganə Göycə qızı isə “Fəxri Fərman”la təltif edilmişdir.



Birmənalı olaraq demək lazımdır ki, 2017-2018-ci tədris ili Qazax rayonunda təlim-tərbiyə prosesinin təşkili, tədrisin keyfiyyətinin artırılması, buraxılış və ali məktəbə qəbul olma göstəricilərinin müsbət şəkildə dəyişməsi, şagirdlərin müxtəlif intellektual müsabiqələrdə, idman yarışlarında, fənn olimpiadalarında, fənn müsabiqələrində uğurlu nəticələr əldə etməsi ilə əlamətdar olmuşdur.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön