Ana Sayfa > Ölkə > Ağdam rayonunda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatıb

Ağdam rayonunda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatıb


14-03-2019, 11:11. Yazar: sevinc1
Ağdam rayonunda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatıb




Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayonunda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işlərini tam başa çatdırıb.

5 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi Dilqəm Şərifov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Səhmdar Cəmiyyəti tərəfindən 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb.

Xatırladaq ki, bütün digər sahələrlə bərabər, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi məsələsi cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

aia.az
Geri dön