Ana Sayfa > Karusel / Siyasət > “Səbrimiz tükənməz deyil” - Ziyafət Əsgərov
“Səbrimiz tükənməz deyil” - Ziyafət Əsgərov12-03-2019, 15:29. Yazar: sevinc1 |
"Biz separatçı rejimi tanımırıq. Sözsüz ki, Ermənistan rəhbərliyinin qeyri-səmimi davranışı sülh danışıqlarının düzgün məcrada aparılmasına maneə yaradır. Ermənistan danışıqlardan qaçmaq, pozmaq üçün hər zaman müxtəlif bəhanələrə əl atır: format dəyişdirilsin, separatçı rejim danışıqlarda iştirak etsin və s”. Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. "Bəllidir ki, bu format 1992-ci ildən ATƏT-in Minsk qrupu tərəfindən təsdiq edilib və danışıqlar da bu istiqamətdə davam etməlidir. Bizim mövqeyimiz hamıya – beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupuna bəllidir. Azərbaycan formatın dəyişdirilməsinin qəti əleyhinədir. Çünki münaqişə Azərbaycan və Ermənistan arasındadır, Ermənistan torpaqlarımızı işğal edib. Amma Ermənistan hər vəchlə danışıqların bu formatda aparılmasına mane törətməyə çalışır. Ona görə də Minsk qrupu da hesab edir ki, danışıqlar formatı dəyişilməz olaraq qalmalıdır. Bu istiqamətdə danışıqlar gedəcəksə, biz bunun tərəfdarıyıq. Amma Ermənistan imitasiya yaradır, danışıqların aparılmasını pozmaq istəyir. Biz həm beynəlxalq hüquqdan, həm ordumuzdan, həm beynəlxalq dəstəkdən istifadə edib istənilən vasitə ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Bütün hallardan biz istəyirik ki, münaqişə danışıqlar yolu ilə həllini tapsın. Əgər başqa variant olacaqsa, biz buna da hazırıq”, - deyə, Z.Əsgərov qeyd edib. O vurğulayıb ki, Azərbaycan suveren dövlətdir və nə vaxt istəsə hərbi təlimlər keçirə bilər: "Bu bizim suveren hüququmuzdur. Biz bu təlimləri keçirməklə kimlərisə qorxutmaq istəmirik. Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir. Digər tərəfdən Ermənistan hər zaman qorxuda, təzyiq altında olmalıdır. Çünki, işğalçıya hər zaman təzyiq göstərilməlidir”. Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq olub: "Ermənistan rəhbərliyi bu prosesi ləngitmək istəyir, qeyri-səmimilik göstərir, təxribatlar edir - bu onların köhnə siyasətidir. Amma bu siyasətin axırı yoxdur. Hər halda bizim səbrimiz tükənməz deyil. Biz beynəlxalq hüququn bərqərar olunması, torpaqların işğaldan azad olunması və regionda sülhün bərpa olunmasını istəyirik”. (Report) aia.az Geri dön |