Ana Sayfa > Karusel / Cəmiyyət > Kamil Zeynallı HƏBS EDİLDİ - YENİLƏNİB

Kamil Zeynallı HƏBS EDİLDİ - YENİLƏNİB


12-03-2019, 13:02. Yazar: sevinc1
Kamil Zeynallı HƏBS EDİLDİ - YENİLƏNİB




İdmançı Kamil Zeynallıya 10 sutka həbs cəzası verilib.

aia.az-ın REAL-a istinadən verdiyi məlumatına görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

Onun həbs edilməsinə səbəb telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.

* * *

Polis idmançı Kamil Zeynallını saxlayıb.

aia.az-ın "Report”a istinadla verdiyi məlumata görə, K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.

O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

aia.az
Geri dön