Ana Sayfa > Parlament / Aia TV / Karusel > Öldürülən Qızıl Məryəm haqda MUM-da nə dedilər - Foto
Öldürülən Qızıl Məryəm haqda MUM-da nə dedilər - Foto9-01-2016, 12:57. Yazar: admin |
Bakıda qızı Günel Hüseynova tərəfindən amansızlıqla öldürülən qızıl ticarətçisi Məryəm Nametzadənin mağazası boşaldılıb. Mərhumə dükanına nəvəsinin adını qoyub. Piştaxtanın arxasında “Zəhra Jevelleri” yazılıb. MUM-un alt mərtəbəsində yerləşən zinət mağazasının yanındakı digər obyektlər isə işini davam etdirir. M.Nametzadənin qətlindən sonra onun mağazası yerləşən nöqtədə təhlükəsizlik gücləndirilib. Hazırda həmin yerdə iki polis əməkdaşı keşik çəkir. Onun iş yoldaşları isə mərhumə barəsində ehtiyatla danışırlar. Onların sözlərinə görə, M.Nametzadə univermaqda veteran sahibkarlardan biri olub. O, uzun müddətdir burada çalışırmış və MUM-da bir qızıl mağazası olub. Onlar Məryəm xanımı hörmətli insan kimi xatırlayırlar və bu faciədən sonra hər kəs sarsıntı içərisindədir. İş yoldaşları qeyd ediblər ki, o, həmişə ehtiyacı olanlara əl tutub, səxavətini əsirgəməyib. Univermaq rəhbərliyindən isə bildirildi ki, M.Nametzadənin burada çalışan xadimədən tutmuş polisə qədər, hamının yanında nüfuzu vardı. Rəhbərlikdən o da deyilib ki, alverin zəifləməsi ilə əlaqədar onun son dövrlər qızıl-zinət əşyalarını hər gün mağazadan evə aparması haqda deyilənlər doğru deyil: “Əvvəla, buna ehtiyac yoxdur. Çünki həm mühafizə xidməti var, həm təhlükəsizlik kameraları yerləşdirilib. Univermaq Daxili İşlər Nazirliyi ilə üzbəüz yerləşir və sahibkarların öz mallarını təhlükəsizlik üçün evə aparıb-gətirməsi düzgün deyil. Burada seyflər var və hər cür təhlükəsizlik tədbiri görülüb. Ona görə də Məryəm xanımın evinə qızıllarını daşıması yalandır”. Rəhbərlikdən deyilib ki, qızı Günel Hüseynova burada işləməyib: “Ara-bir yanına gəlib-gedirdi. Amma biz onu yaxından tanımırıq. Məryəm xanım isə həmişə hörmət sahibi olub və kollektiv bu hadisədən sonra dərin sarsıntı içindədir. İnanmaq olmur ki, övladı belə bir ananı öldürüb”. Onu da deyək ki, M.Nametzadənin “Atbaş” ləqəbli avtoritet İlqar Cəbrayılovun yaxın adamı olduğu deyilir. 2012-ci ilə qədər İ.Cəbrayılov M.Nametzadənin himayəçisi kimi tanınıb. Məşhur avtoritet Ded Xasan klanının tanınmış azərbaycanlı üzvü olub. O, Aslan Usoyanın mühafizəsinə cavabdeh idi. 2012-ci ildə Ded Xasanın qətlindən bir neçə ay sonra “Atbaş” da öldürülüb. Qeyd edək ki, yanvarın 5-də M.Nametzadənin yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkarlanıb. Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin mərhumənin qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsi müəyyənləşib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Geri dön |