Ana Sayfa > Gündəm > “Şəki birinciliyi” layihəsinə yekun vurulub

“Şəki birinciliyi” layihəsinə yekun vurulub


11-03-2019, 12:03. Yazar: sevinc1
“Şəki birinciliyi” layihəsinə yekun vurulub



Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Yaddaş” maarifçi gənclər ictimai birliyi tərəfindən həyata keçirilən “Şəki gəncləri arasında İNTELLEKT kuboku – Şəki birinciliyi” layihəsinə yekun vurulub. Layihənin yekun yarışmasında əvvəlki mərhələlərdə 1,2 və 3 cü yerləri tutmuş komandalar arasında keçirilən Final oyunu baş tutdu. Şəki Heydər Əliyev Mərkəzində keçirilən Final oyununda Mərkəzin elmi işçisi Pərvanə Rəhimova çıxış edərək Mərkəzin fəaliyyəti haqqında gənclərə məlumat verdi, iştirakçılara uğurlar arzuladı. Daha sonra yarışmaya start verildi. Gərgin mübarizə şəraitində keçən oyunda iştirakçılara verilən sualların sonunda əvvəlki mərhələdə də 1- ci yer tutan “Şəki Asan Team” komandası yekun oyunun və layihənin qalibi oldu.
İlk 3 yeri tutan komandalara mükafatları birliyin sədri Vüqar İlyasov təqdim elədi. Qalib komandaya həmçinin layihənin kuboku təqdim olundu.


aia.az




Geri dön