Ana Sayfa > Təhsil > Türkiyəli professor ATU-da canlı yayımla kurs keçirlər - FOTOLAR
Türkiyəli professor ATU-da canlı yayımla kurs keçirlər - FOTOLAR11-03-2019, 11:55. Yazar: sevinc1 |
Bi günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) LOR kafedrasında canlı disseksiya kursları təşkil olunub. ATU-nun qulaq, burun və boğaz kafedrasının müdiri professor Vəfa Pənahian tədbirin açılışındakı çıxışında “Temporal sümük” kursunun keçirilməsi səbəblərindən danışdı. Onun sözlərinə görə, kursun təşkilində ATU-nun 3 kafedrasının əməyi var: “Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya, qulaq, burun və boğaz kafedrası, həmçinin şüa diaqnostikası kafedrası Türkiyənin Başkent Universiteti ilə birgə bu kursu yaratdıq. Dörd gün davam edəcək kursda azərbaycanlı və türk mütəxəssislərin mühazirələri dinləniləcək. Daha sonra Türkiyə ilə canlı yayım təşkil olunacaq ki, bu zaman Türkiyədə meyit üzərində aparılan müxgəlif tibbi prosedurlar nümayiş etdiriləcək”. V.Pənahian kursun rezidentlər və gənc həkimlər üçün faydalı olacağından əmin olduğunu bildirib. Kursun birinci günü baza və təkmilləşmiş rinoplastika texnikaları tədris olunub. İnteraktiv müzakirələr zamanı müxtəlif mərhələlər - Kəsiklər və dəri flebinin hazırlanması, Hamp rezeksiyası, Osteotomiyalar, Tip şəkilləndirmə canlı yayımda nümayiş etdirilib. Kursun digər günlərində qulaq cərrahiyyəsi (Orta qulaq eksplorasiyası, Mastoidektomiya, Koxlear implant elektrodunun girdə pəncərə yolu ilə yeridilməsi), burun və burun ətrafı nahiyə, rinoplastika və blefaroplastika ilə bağlı məlumat verilib, müzakirələr aparılıb. Həmçinin, “Gicgah sümüyün anatomiyası”, “Gicgah sümüyünün şua diaqnostikası” məruzələri səsləndirilib. Kurs zamanı Osman Qazi Universiteti, Medipol Universiteti, Hacettepe Universiteti və Başkent Universitetinin mütəxəssisləri canlı yayımda toplantı iştirakçıları və ATU-nun rezidentləri üçün müxtəlif tibbi əməliyyatları icra ediblər. Canlı disseksiya kursu çərçivəsində növbəti tədbirlər martın 16-17-də keçriləcək. aia.az Geri dön |