Ana Sayfa > Manşet / Gündəm > Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib


7-03-2019, 13:30. Yazar: sevinc1
Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

Təbrik məktubunda qeyd olunur:

"Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.

Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.

Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin".



aia.az
Geri dön