Ana Sayfa > Manşet / Ölkə > Prezident və birinci xanım Şamaxıda zəlzələdən zərərçəkənlər üçün tikilən yeni evlərlə tanış oldular - YENİLƏNİB

Prezident və birinci xanım Şamaxıda zəlzələdən zərərçəkənlər üçün tikilən yeni evlərlə tanış oldular - YENİLƏNİB


7-03-2019, 12:17. Yazar: sevinc1
Prezident və birinci xanım Şamaxıda zəlzələdən zərərçəkənlər üçün tikilən yeni evlərlə tanış oldular  - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar.



Modern.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış oldular, çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət etdilər.



Sonra dövlətimizin başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun ailələri üçün tikilən yeni evlərdə yaradılan şəraitlə tanış oldular, ev sahibləri ilə söhbət etdilər.



***



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonuna səfərə gəliblər.



Prezidentin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Geri dön