Ana Sayfa > Dünya / Aia TV / Karusel > Bülənt Ərsoyun “donuz qripi“ olduğu dəqiqləşdi
Bülənt Ərsoyun “donuz qripi“ olduğu dəqiqləşdi8-01-2016, 20:09. Yazar: admin |
Müğənni Bülənt Ərsoyun H1N1 virusuna “(“Donuz qripi”) yoluxduğu dəqiqləşib Aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə dünən xəstəxanaya yerləşdirilən ifaçının həkimi Bülənt Şahin məlumat yayıb. Xəstəxananın baş həkimi B.Ərsoyun anasının da vəziyyətinin ağır olduğun bildirib. Bülənt Şahin müğənninin qrip şikayəti ilə xəstəxanaya baş vurduğunu deyib: “Dərhal müayinəyə başladıq. Analizlərin nəticələrinə əsasən, Bülənt Ərsoy “donuz qripi”nə yoluxub. Nəzarət altına almışıq. Vəziyyəti ağır idi, ancaq müdaxilələrdən sonra həyati təhlükəsi sovuşub. Büləntin anası da bu xəstəliyə yoluxub, ancaq onun vəziyyəti ağırdır”. Həkim müğənninin bir-iki günə evə buraxılacağını da əlavə edib. Geri dön |