Ana Sayfa > Karusel / Aia TV > Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdi
Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdi7-03-2019, 10:35. Yazar: sevinc1 |
Xalq artisti Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib. Buna səbəb müğənninin oğlu Kazımın səhhətində yaranan problemlərdir. ATV kanalında yayımlanan "Şou ATV" verilişində qonaq olan xanəndə bunları söyləyib. "Deyirlər ki, suda boğulan saman çöpündən yapışar. Ora-bura gedirik. Arada nə qədər pul, zaman gedir. Özümü bir kənara qoyuram. Kazımın problemi getdikcə dərinləşir. O üzdən mən bizim çox hörmətli səhiyyə nazirimizə üz tuturam. Oqtay müəllimdən xahiş edirəm”. Qeyd edək ki, xalq artisti Könül Xasıyeva uzun müddətdir onurğa xərçənginə tutulub. Xanəndə bir neçə dəfə əməliyyat olunub.Xalq artistinin12 yaşlı oğlu Kazım Turetta sindromundan əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb Bir müddət bundan öncə isə Könül Xasıyeva müğənni Mətanət Əsədovanın ad günündə çıxışı zamanı həmkarları tərəfindən "şabaş” yağışına tutulmaqla gündəmi gəlib. Məclisdə bəziləri K.Xasıyevaya 100 dollar, bəziləri 100-200 manat bağışlayıb. Videoda pulları ovcunda saxlayan Könül Xasıyevanın kövrəldiyi və utandığı aydın sezilib. Sosial şəbəkələrə bu videoçarx izləyicilər tərəfindən etirazla qarşılanıb.(oxu.az) aia.az Geri dön |