Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Preziden İmişlidə yol tikintisinə 1,1 milyon ayırdı

Preziden İmişlidə yol tikintisinə 1,1 milyon ayırdı


8-01-2016, 20:07. Yazar: admin
Preziden İmişlidə yol tikintisinə 1,1 milyon ayırdı
Prezident İlham Əliyev İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Aia.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 1,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Geri dön