Ana Sayfa > İqtisadiyyat > Elman Rüstəmov: Azərbaycanda iqtisadi inkişafın daha da artması üçün bütün şərtlər var

Elman Rüstəmov: Azərbaycanda iqtisadi inkişafın daha da artması üçün bütün şərtlər var


6-03-2019, 13:07. Yazar: sevinc1
Elman Rüstəmov: Azərbaycanda iqtisadi inkişafın daha da artması üçün bütün şərtlər var




Azərbaycan iqtisadiyyatı son 15 ildə sürətlə inkişaf edir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Bakıda “İqtisadiyyatın şaxələndirilməsi – özəl sektorun rolu” forumunda deyib.

O qeyd edib ki, bugünkü gün əsas məqsəd daha böyük uğura və iqtisadi inkişafa nail olmaqdır və bunun üçün bütün şərtlər var.


E.Rüstəmov daha sonra bildirib ki, bunun üçün özəl sektoru inkişaf etdirmək, investisiya axınına, o cümlədən xarici investisiyalara yol açmaq vacibdir:

“Maliyyə sektorunun razılaşdırılması çox vacibdir. Bu istiqamətdə bir sıra vacib işlər aparılır. Burada Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını xüsusi qeyd etmək lazımdır”.

Baş bankir vurğulayıb ki, Mərkəzi Bank monetar siyasəti gücləndirməyi planlaşdırır.

aia.az
Geri dön