Ana Sayfa > Ölkə > “Xidmət sektorları bazar günü də işləməlidir” - Fazil Mustafa
“Xidmət sektorları bazar günü də işləməlidir” - Fazil Mustafa5-03-2019, 13:23. Yazar: sevinc1 |
“Vacib xidmət sektorları həftəiçi istirahət günü elan etməklə bazar günü işləyə bilər”. Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib. Deputatın sözlərinə görə, elə xidmət sektoru var ki, vətəndaş üçün vacibdir, amma bazar günü işləmir: “Həmin qurum bazar günü işləmir, vətəndaş da ora bazar günü getmək istəyir. Çünki vətəndaş həftəiçi-işvaxtı bunu həll edə bilmir”. aia.az Geri dön |