Ana Sayfa > Karusel / Gündəm > Ombudsman: “Sağlamlığımda problemlər var”

Ombudsman: “Sağlamlığımda problemlər var”


5-03-2019, 11:00. Yazar: sevinc1
Ombudsman: “Sağlamlığımda problemlər var”


"Mənim haqqımda saytlarda nə yazırlarsa, yazsınlar. Şükür Allaha, sağlamlığım yerində, özüm də iş başındayam".

aia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, sağlamlığında olan müəyyən problemlər fəaliyyətinə mane yaratmır: "Təbii ki, sağlamlığımda müəyyən problemlər var.

Amma bu, mənim və ümumilikdə Ombudsan Aparatının fəaliyyətinə heç bir mənfi təsir göstərmir. Mən hər zaman iş başında olmuşam. İşimizin tempini heç vaxt azaltmamışıq. Biz fəaliyyətimizi təkcə Bakıda deyil, regionlarda, hətta ölkənin ən ucqar bölgələrində həyata keçiririk".



aia.az
Geri dön