Ana Sayfa > Karusel / Ölkə > FHN-dən əhaliyə bayram xəbərdarlığı - VİDEO

FHN-dən əhaliyə bayram xəbərdarlığı - VİDEO


5-03-2019, 10:00. Yazar: sevinc1
FHN-dən əhaliyə bayram xəbərdarlığı - VİDEO


Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib.



FHN-dən aia.az-a verilən məlumata görə, müraciətdə deyilir: "Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:


bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

yandırılan şamlar nəzarətsiz qalmamalıdır.



Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

aia.az


Geri dön