Ana Sayfa > Karusel / Parlament > Bakıda 50 nəfərə qarşı dələduzluq edən qadın həbs edilib
Bakıda 50 nəfərə qarşı dələduzluq edən qadın həbs edilib4-03-2019, 11:17. Yazar: sevinc1 |
İşə düzəltmək adı ilə 50 nəfərdən 20 manat alan qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov cari ilin fevral ayının 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alınmasını bildirib. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Nəticədə dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb və o törətdiyi əməli etiraf edib. Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılıb. S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul alması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |