Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Binəqədi rayonunda sakinlərin onkoloji müayinəsi davam edir- FOTOLAR
Binəqədi rayonunda sakinlərin onkoloji müayinəsi davam edir- FOTOLAR2-03-2019, 17:39. Yazar: sevinc1 |
Milli Məclisin deputatı Kamaləddin Qafarovun təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə dünəndən Milli Onkologiya Mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsindəki 6 saylı Şəhər Xəstəxanasında əhalinin onkoloji müayinəsini keçirir. Aksiyaya Milli Onkologiya Mərkəzinin 10-dan çox peşəkar həkimi və ən müasir və yüksək standartlara cavab verən səyyar diaqnostika kompleksləri cəlb olunub. Həkim briqadaları və diaqnostika kompleksləri vasitəsilə əhalinin bir neçə istiqamətdə - baş-boyun, mamoloji və ultrasəs (USM) üzrə müayinələri həyata keçirilir. Dünən səhər başlayan aksiya saat 19.00-a qədər davam etmiş və müraciət edən bütün vətəndaşlar aksiyadan yararlanmışlar. Aksiyada pasiyentlərin dəqiq qeydiyyatı aparılır və onlar sağlamlıq problemlərinə uyğun olaraq müvafiq müayinə otaqlarına yönəldilirlər. Müayinələr həm xəstəxananın tibbi kabinetlərində, həm də xəstəxananın həyətində aksiya ilə bağlı yaradılmış səyyar həkim briqadaları, həmçinin səyyar diaqnostika və mamoloji komplekslər tərəfindən reallaşdırılır. Vətəndaşların müayinələrinin nəticələri rəsmi qaydada özlərinə təqdim edilir. Dünən müayinə üçün aksiyaya 700- nəfərə yaxın sakin müraciət edib. Əhalinin onkoloji müayinəsi üçün nəzərdə tutan aksiya bu gün də davam edir. 6 caylı Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədovun məlumatına görə , dünən və bu gün saat 16-ya qədər 1100 nəfərə yaxın qəsəbə sakininə yüksək səviyyəli onkoloji və digər istiqamətlər üzrə tibbi yardım göstərilib. 75 nəfər baş-boyun onkologiyası, 105 nəfər mamoloji , 75 nəfər qinekoloji, 120 nəfər mamoqrafiya, 120 nəfər ağciyər problemləri, 218 nəfər isə ultrasəs üzrə müayinədən keçib. İki günlük aksiya bu gün axşam saatlarına qədər davam edəcək. aia.az Geri dön |