Ana Sayfa > Ölkə > Lənkəranda canavarlar kəndə hücum edib
Lənkəranda canavarlar kəndə hücum edib2-03-2019, 13:47. Yazar: sevinc1 |
Lənkəranda canavarlar növbəti dəfə mal-qaraya hücum edib. ONA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ürgə kəndində qeydə alınıb. Kənd sakinlərinə məxsus mal-qara dənizkənarında qamışlıq ərazidə olarkən 2 canavarın hücumuna məruz qalıb. Nəticədə canavarlar 1 baş iribuynuzlu heyvanı parçalayıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Fərhad Mirzəyevə məxsus 2 iribuynuzlu heyvan isə yoxa çıxıb. aia.az Geri dön |