Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Bu avtomobilləri evakuasiya edənlər cərimələnəcək

Bu avtomobilləri evakuasiya edənlər cərimələnəcək


8-01-2016, 13:08. Yazar: admin


Sürücüsü yanında olan avtomobil bir vaxtlar evakuasiya edilirdisə, indi bu mümkün olmayacaq. Artıq bu əməli gerçəkləşdirənlər cərimələnəcək. Cərimələnənlər sırasına göstərişi verən polis əməkdaşları belə daxildir.

Aia.az ANS TV-yə istinadən məlumat verir ki, mayın birindən etibarən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Bu dəyişiklikdə düzgün saxlanılmayan avtomobillərin evakuasiyası ilə məşğul olan heyət də cərimələnə bilər.

Bu yenilik İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Bununla da dayanma və durma qayadalarını pozmaqla park edilmiş avtomobillərin evakuasiyası ilə məşğul olanların daha da intizamlı olması təmin ediləcək. Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə görə, avtomaşın evakuatora yüklənərkən sürücü yanında olarsa və ya bu prosesi görərsə ona yerində cərimə yazılmalıdır.

Amma paytaxtda bəzən evakuatorlar bu qanuna əməl etmir. Məsələn, 28 may küçəsində sürücünün təkidinə baxmayaraq evakuator avtombili cərimə meydançasına daşıdı. Nəqliyyat üzrə mütəxəsis Ərşad Hüseynov bildirir ki, yeni qanun yalnız evakuasiya əməkdaşlarını intizamlı olmağa məcbur etməyəcək. Çünki, sürücü yanında olan avtomaşın evakuasiya edildiyi halda bu göstərişi verən polis əməkdaşı da cəzalandırılacaq:

"Hazırda bu qadağını pozmağa görə heç bir cərimə, sanksiya nəzərdə tutulmayıb. Məhz yenilik ondan ibarətdir ki, may ayının birindən sonra əgər İnzibati Xətalar Məcəlləsinədə bu dəyişiklik qüvvəyə minərsə, belə bir vəziyyətdə, yəni qaydaları pozmaqla evakuasiyanı həyata keçirmiş şəxslər 200 manatdan 300 manatadək cərimələnəcəklər. Bu zaman fərq qoyulmayacaq bu evakuatorun sürücüsüdür yoxsa evakuasiyaya göstəriş vermiş Dövlət Yol Polis əməkdaşıdır”.

Hesab edilir ki, bununla həm də sürücü vaxt itkisi ilə üzləşməyəcək. Polis isə bəzi hallarda içərisində sürücü olan avtomobili də evakuasiya edir.
Geri dön