Ana Sayfa > İqtisadiyyat > Vahid Əhmədov: Banklar faizləri aşağı salmalıdır
Vahid Əhmədov: Banklar faizləri aşağı salmalıdır1-03-2019, 18:52. Yazar: sevinc1 |
Banklar faiz dərəcələrinə yenidən ciddi şəkildə baxmalı, onları aşağı salmalıdır. Bu sözləri Oxu.Az-a açıqlamasında iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib. Millət vəkili buna ciddi ehtiyac olduğunu vurğulayıb: “Banklar bu addıma mütləq getməlidirlər. Eyni zamanda, düşünürəm ki, cənab prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman banklarda kredit fazilərinin azaldılmasına səbəb ola, buna da gətirib çıxara bilər. Artıq banklar işlərini elə qurmalıdırlar ki, faizlər yüksək olmasın. Prezidentin problemli kreditlərlə bağlı fərmanında üç ciddi məsələ var ki, onlardan biri elə bu məsələni özündə ehtiva edir. Yəni həmin məsələ qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədardır. Bunun üçün qiymətli kağızlar bazarına 715 milyon dollar vəsait buraxılır. Bu, qiymətli kağızlar bazarının inkişafı deməkdir. Dövlət banklara ona görə kömək etmir ki, 25-30 faizlə kredit verməkdə davam etsinlər. Banklar problemli kreditlərlə bağlı məsələ həll edildikdən sonra, dediyim kimi, sıfırdan işlərini başlamalıdırlar. Beynəlxalq aləmdə olduğu kimi, kredit faizlərini 15-16 faizə salmalıdırlar”, - deyə millət vəkili bildirib. Millət vəkili bankları yalnız milli valyuta ilə - manatla kredit verməyə çağırıb. Qeyd edib ki, dollarla verilən kreditlərin yaratdığı çətinliklər, narahatlıqlar göz önündədir, burada nəsə kəşf etməyə ehtiyac yoxdur: “Ona görə də banklar yaxşı götür-qoy etməli, kreditlərin dollarla deyil, manatla verilməsi barədə birdəfəlik qərar verməlidirlər. Burada ikinci bir söz ola bilməz”. Qeyd edək ki, millət vəkili Tahir Rzayev bankları öz siyasətlərində dəyişiklik etməyə, xüsusilə kreditləri dollarla deyil, milli valyuta ilə verməyə çağırıb. aia.az Geri dön |