Ana Sayfa > Karusel / Gündəm > Cəbhədə xidmət edən əsgərlərlə bağlı yeni TƏKLİF

Cəbhədə xidmət edən əsgərlərlə bağlı yeni TƏKLİF


1-03-2019, 11:55. Yazar: sevinc1
Cəbhədə xidmət edən əsgərlərlə bağlı yeni TƏKLİF


Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən müddətli hərbi xidmət xidmət qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyətin verilməsi təklif edilir.



Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2018-ci ilin illik məruzəsində qeyd edilib.



Sənəddə göstərilib ki, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən hərbi qulluqçular üçün xüsusi fərqləndirici (həvəsləndirici) döş nişanlarının təsis olunması, habelə həmin mövqelərdə xidmət edən müddətli hərbi xidmət xidmət qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyət müəyyən edilsin.



Ombudsmanın 2018-ci ilin illik məruzəsi Milli Məclisin martın 5-də keçiriləcək iclasında müzakirə ediləcək.



aia.az
Geri dön