Ana Sayfa > Ölkə > Deputat seçiciləri qəbul etdi

Deputat seçiciləri qəbul etdi


1-03-2019, 10:27. Yazar: sevinc1
Deputat seçiciləri qəbul etdi


Deputat Novruz Aslanov fevralın 28-də İsmayıllı şəhərində yerləşən ofisində sakinlərin növbətini qəbulunu keçirib.

50 nəfərdən çox sakinin iştirak etdiyi qəbulda qaldırılan məsələlər barədə deputat seçicilərlə müzakirələr aparıb.

Xüsusilə sosial yönümlü məsələlər, şəxsi məişət problemləri, işlə və xəstəliklərlə bağlı problemlər müzakirə mövzusu olub.

Millət vəkili Novruz Aslanov mövcud problemlər barədə əlaqədar qurumlarla daimi əməkdaşlıq sayəsində bir çox problemlərin həll edildiyini sakinlərin diqqətinə çatdırıb.

Bir neçə məsələ yerindəcə həll olunub. Sakinlər də öz növbəsində deputata dəstəyə görə təşəkkürlərini bildiriblər.

aia.az
Geri dön