Ana Sayfa > Karusel / Parlament > Bakıda kütləvi dava - 3 tələbə bıçaqlandı
Bakıda kütləvi dava - 3 tələbə bıçaqlandı1-03-2019, 10:17. Yazar: sevinc1 |
Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində kütləvi dava olub. aia.az "Baku.tv”yə istinadən xəbər verir ki, bir qrup gənc arasında düşən mübahisə sonda dava ilə nəticələnib. Dava zamanı 1999-cu il təvəllüdlü 3 nəfər - Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Qeyd edək ki, həmin gənclər Memarlıq və İnşaat Universitetinin tələbələridir. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |