Ana Sayfa > Qərbi Azərbaycan > “Pulu gətirsələr də, o xəstəni əməliyyat etməyəcəm” - 15 yaşlı Sevdanın həkimi danışdı
“Pulu gətirsələr də, o xəstəni əməliyyat etməyəcəm” - 15 yaşlı Sevdanın həkimi danışdı28-02-2019, 18:06. Yazar: sevinc1 |
"Baku Medikal Plaza”nın uzman otroped travmatoloqu Vüsal Mahmudov 15 yaşlı Sevda Məmmədovanın əməliyyatının baş tutmaması ilə bağlı xəstənin yaxınlarının yaydığı məlumata münasibət bildirib. aia.az xəbər verir ki, həkim Medicina.az-a açıqlamasında ailəni yanlış məlumat yaymaqda ittiham edib: "O ailə düzgün məlumat verməyib. Çox səhifələr və saytlar da elə onların dediklərini verir, amma həkimin rəyini, fikrini öyrənmirlər. Yayılan informasiya həqiqətə uyğun deyil. 15 yaşlı Sevda Məmmədova beyin iflici xəstəsidir, o xəstələr sağalmır, gəzmir. O xəstə də illərdir yataqda qaldığından ayaqları, qolları əyilib, vətərləri inkişafdan qalıb”. Həkim deyir ki, xəstədə həm yumşaq toxumada, həm də sümüklərdə problemlər var: "Biz ailəyə dedik ki, əgər təkcə yumşaq toxuma əməliyyatı olacaqsa, məbləğ cəmi 4000 manat edir. Sonradan biz baxacağıq, sümüklərə də ehtiyac olacaqsa, sonra da sümüklər olunmalıdır. Ola da bilər ki, hamısı birlikdə olunsun. Onlar gedib növbəti dəfə gəldilər ki, bizim 2000 manatımız var, siz vətərlərin yarısını əməliyyat edin, sonra qalan yarısını. Bu, absurd bir şeydir. Ailənin istəyilə usağı yarı-yarı əməliyyat etmək mümkün deyil. Dedik, uşaq yazıqdır, həm də bu, mümkün deyil. Biz rentgen çəkdik, gördük sümüklər də əyilib. Ona görə dedik ki, bu uşaqda eyni vaxtda 12 əməliyyat olacaq, həm vətərlər, həm sümüklər. Bunun yolu budur”. Həkimin sözlərinə görə, ailə daha sonra buna razı olub və deyiblər ki, onlara rəsmi kağız verək ki, bu qızın əməliyyatına bu qədər pul lazımdır, onlar da televiziyalara elan versin, pulu toplasınlar. Biz razılaşdıq. Biz həqiqətən o qıza kömək etmək istəyirdik. Biz həkimik. Pulu alıb cibimizə qoymuruq. Bura özəl klinikadır, ödəmə kassaya olunur. Bu qədər əməliyyat üçün tam normal, hətta güzəştli bir rəqəm demişik. Məbləğ 12 min yox, 10 min manat deyilib. Biz ailə ilə dəfələrlə üzbəüz söhbət etmişik, izah etmişik, öncədən hər şeyi razılaşmışdıq. Bizə təşəkkür etdilər, indi də belə xəbər yayırlar. Ayıbdır”. V.Mahmudov deyib ki, onlar xəstəyə əməliyyat təyin edib, sonra imtina etməyiblər: "Biz onlardan pul almamışıq. Xəstəyə baxmışıq, kömək etmək istəmişik. Bu məgər günahdır? Belə bir şikayət hansı məntiqə sığır”. Həkim bundan sonra ailə əməliyyata lazım olan 10.000 manatı toplasa belə, bir daha həmin xəstəni qəbul etməyəcəyini də bəyan edib. Xatırladaq ki, Ağcabədi rayon sakini 15 yaşlı Sevda Məmmədovanın əməliyyatının baş tutmamasına görə qohumları Baku Medikal Plaza və həkimlərinin onları aldatması ilə bağlı məlumat yayıblar. aia.az Geri dön |