Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanlı deputat: “İranın tərbiyəsizliyinə sərt cavab verməliyik!”

Azərbaycanlı deputat: “İranın tərbiyəsizliyinə sərt cavab verməliyik!”


28-02-2019, 13:08. Yazar: sevinc1
Azərbaycanlı deputat: “İranın tərbiyəsizliyinə sərt cavab verməliyik!”


"İranda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərlə görüşündə açıq-aşkar qaldırılan şüara İran rəsmiləri mütləq açıqlıq gətirməlidirlər. Həmin plakatda "Qarabağ Ermənistanındır!" yazılması heç şübhəsiz ki, İran hakimiyyətinin razılığı ilə baş verib”.

BakuPost-un xəbərinə görə, bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa özünün feysbuk hesabında yazıb.


Deputat bildirib ki, bununla İran, Azərbaycan ərazilərinin işğal olunmasına loyal münasibətini ortaya qoymuş olur: "Biz İrana qarşı sanksiyalara qarşı çıxdığımız halda, İranın Azərbaycana münasibətdə bu cür qonşuluq prinsiplərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik. Doğrudur, bu cavablar Azərbaycanda bir çox İran sevdalılarının xoşuna gəlməyəcək, ancaq müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər”.

F.Mustafanın sözlərinə görə, biz İran-Ermənistan münasibətlərinə qarışmırıq, özünü müsəlman adlandıranların ermənilərə sevgisinə də bir söz demirik: "Lakin Azərbaycanın ərazi bütövlüyümüzü təhdid edən və rəsmi Tehran tərəfindən dəstəklənən bu siyasi tərbiyəsizliyə qarşı öz mövqeyimizi ortaya qoymayılıq”.

aia.az
Geri dön