Ana Sayfa > Karusel / Cəmiyyət > Faytonçu Nazim qəza törətdi - Hadisə yerindən qaçdı

Faytonçu Nazim qəza törətdi - Hadisə yerindən qaçdı


28-02-2019, 12:59. Yazar: sevinc1
Faytonçu Nazim qəza törətdi - Hadisə yerindən qaçdı



Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyarı qəza törədib.

aia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə fevralın 12-də Bakının Ə. Salamzadə küçəsində baş verib.

Sənətçi idarə etdiyi "10 NF 022” dövlət nişanlı "Toyota” markalı avtomobili ilə idarəetməni itirərək "Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, "Hyundai”a ciddi ziyan dəyib. Əldə etdiyimiz məlumata görə, zəncirvari qəzaya səbəb olan N. Pişyarı dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub.

Mövzu barədə müğənninin mövqeyini öyrənmək mümkün olmayıb.

aia.az
Geri dön