Ana Sayfa > Manşet / Cəmiyyət > Bakıdakı yaşayış binasında YANĞIN: 1 nəfər zəhərləndi, 15 nəfər xilas edildi

Bakıdakı yaşayış binasında YANĞIN: 1 nəfər zəhərləndi, 15 nəfər xilas edildi


27-02-2019, 12:12. Yazar: sevinc1
Bakıdakı yaşayış binasında YANĞIN: 1 nəfər zəhərləndi, 15 nəfər xilas edildi


Fevralın 27-nə keçən gecə Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

aia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca kommunikasiya xətləri 15 p.m yanıb, yüksək temperaturdan 4-cü mərtəbəsinin dəhlizinin lambirindən ibarət tavanı 40 m² sahədə əriyib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 15 nəfər (o cümlədən 3 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri dön