Ana Sayfa > Siyasət > Çavuşoğlu: “Rusiyadan S-400 alınmasına dair saziş bitmiş bir anlaşmadır”
Çavuşoğlu: “Rusiyadan S-400 alınmasına dair saziş bitmiş bir anlaşmadır”26-02-2019, 18:30. Yazar: sevinc1 |
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Rusiyadan S-400 zenit-raket sistemlərinin alınmasına dair sazişi “bitmiş bir anlaşma” adlandırıb. ONA-nın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə nazir jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Türkiyə verdiyi sözlərdən heç vaxt dönməyib. Başqalarından gələn açıqlamalar bizi ilgiləndirməz” – deyə açıqlama verib. Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket sistemlərinin alqı-satqısına dair razılaşma imzalanıb. Sazişə əsasən, Türkiyəyə S-400-lərin ilk partiyası iyul ayında çatdırılmalıdır. ABŞ isə Türkiyəyə xəbərdarlıq edib ki, NATO sistemləri ilə uyğunluq təşkil etməyən S-400-ləri alacağı halda, Ankara Vaşinqtonun sanksiyaları ilə qarşılaşa bilər. aia.az Geri dön |