Ana Sayfa > Siyasət > “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq


26-02-2019, 18:15. Yazar: sevinc1
“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq



“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi üzərində aparılan iş yekunlaşıb.

Bunu ONA-ya parlamentin Səhiyyə Komitəsinin sədrinin müavini, millət vəkili Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, qanun layihəsi gələn həftə Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində surroqat ana və cinsi hüceyrələrin donorluğu ilə bağlı maddələr mübahisələrə səbəb olub. Hər iki maddə qanun layihəsindən çıxarılıb. O cümlədən 10 il ərzində övladı olmayan, sosial müdafiəyə ehtiyacı olan cütlüklərin bir dəfə reproduktiv texnologiyalar ilə uşaq dünyaya gətirməsinin dövlət tərəfindən maliyyələşdirilməsi barədə müddəa da qanun layihəsindən çıxarılıb. Buna səbəb isə 2020-ci ildən icbari tibbi sığortanın tətbiqidir. Ekstrokorporal mayalanma ilə müalicəyə ehtiyacı olanların xərcləri icbari tibbi sığorta tərəfindən ödəniləcək.



aia.az
Geri dön