Ana Sayfa > Media / Seçilənlər-6 / Aia TV / Karusel > Yeni ilin ...çi babası

Yeni ilin ...çi babası


7-01-2016, 22:11. Yazar: admin


Axşam ictimai nəqliyyatla evə qayıdırdım. Gec olduğundan avtobusda sərnişinlər nisbətən az idi. Dayanacaqların birində şaxta baba maşına mindi. Onun qiyafəsindən tutmuş çomağına kimi hər şey yerli-yerində idi. Təkcə hədiyyə dolu xurcunundan başqa. Hamı maraqla ona baxırdı. Bu dəm şaxta baba qırmızı əlcəkli əlini sərnişinlərə açıb pul istəməyə başladı. Bir anlıq çaşqınlıq yarandı. Sonra sərnişinlər zarafat dolu atmacalar atıb gülməyə başladı. Kimin gücü nəyə çatdısa, şaxta babadan əsirgəmədi. Bu durumda o, .....çi babaya oxşayırdı. Sərnişinlər arasında bir bayram ovqatı yaradan şaxta baba bu halı ilə də sevimli idi. Avtobusdakılar ona pul verməkdən məmmunluq duyurdular. Növbəti dayanacağa çatanda baba sürücüyə əl uzatdı. Sürücü qəhqəhə çəkib güldü və ona bir neçə manatlıq verdi. Şaxta baba maşından düşdü və qaçaraq gözdən itdi.

Qarşıladığımız Yeni il meymun ilidir. Avstroloqların proqnozlarına görə bu il qıtlıq olacaq, deyəsən, il elə gəlhagəldə öz təsirini göstərməyə başlayıb.

Şirxanlı Rövşən
Geri dön