Ana Sayfa > İdman > “Mançester Siti” İngiltərə Liqa kubokunun qalibi olub

“Mançester Siti” İngiltərə Liqa kubokunun qalibi olub


25-02-2019, 11:40. Yazar: sevinc1
“Mançester Siti” İngiltərə Liqa kubokunun qalibi olub



İngiltərə Liqa kubokunda 2018/19 mövsümünə yekun vurulub.

ONA-nın məlumatına görə, yarışın final oyununda “Çelsi” və “Mançester Siti” qarşılaşıb.

Londonun “Uembli” stadionunda keçirilən görüşün taleyini penaltilər seriyası həll edib. Qolsuz başa çatan matçın ardından yerinə yetirilən 11 metrlik zərbələrdə Mançester təmsilçisi daha dəqiq olub.

“Çelsi”də Jorjinyo və David Luis, “Mançester Siti”də Sanenin qol vura bilmədiyi seriyada sonuncular 4:3 hesabı ilə qalib gəlib.

Görüşün sonluğu “Çelsi” düşərgəsində yaşanan xoşagəlməz hadisə ilə diqqət mərkəzinə düşüb. London klubunun baş məşqçisi Maurisio Sarri oyunun gedişində zədələnən qapıçı Kepa Arrisabalaqanı əvəzləmək istəyib. İspaniyalı qolkiper əli ilə hər şeyin yaxşı olduğunu bildirərək, meydandan çıxmaqdan imtina edib. Bundan qəzəblənən baş məşqçi əlindəki su qabını yerə çırparaq məşqçi skamyasını tərk edib. İtaliyalı mütəxəssis az sonra yerinə dönüb. Əlavə vaxt başa çatdıqdan sonra isə Sarri Kepaya yaxınlaşmaq istəyib. Amma müdafiəçi Antonio Rudiger baş məşqçisini sakitləşdirib və qalmaqalın böyüməsinə imkan verməyib.

Beləliklə, “Mançester Siti” tarixində 6-cı, ardıcıl 2-ci dəfə Liqa kubokunun qalibi olub.

İngiltərə Liqa kuboku

Final

24 fevral

“Çelsi” - “Mançester Siti” - 0:0, pen. 3:4

aia.az
Geri dön