Ana Sayfa > Parlament > Şəki sakini yarım kiloqram marixuana ilə tutuldu
Şəki sakini yarım kiloqram marixuana ilə tutuldu25-02-2019, 11:26. Yazar: sevinc1 |
![]() Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, fevralın 22-də ŞRPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Sərxan Abdurəhimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 475 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. aia.az Geri dön |