Ana Sayfa > Karusel / Cəmiyyət > İki ailədən 4 nəfər dəm qazından zəhərləndi

İki ailədən 4 nəfər dəm qazından zəhərləndi


25-02-2019, 11:22. Yazar: sevinc1
İki ailədən 4 nəfər dəm qazından zəhərləndi



Şamaxıda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

aia.az ONA.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin Salman Mumtaz küçəsi 62 və Cəfər Cabbarlı küçəsində 1 ünvanlarında qeydə alınıb.

Şəhər sakinləri - 1957-ci il təvəllüdlü Şabani Xədicə Bayram qızı və onun qardaşı oğlu, 1992-ci il təvəllüdlü Muradov Elvin Arif oğlu, həmçinin digər mənzildə yaşayanlar - 1988-ci il təvəllüdlü Əmralı Dilfazə Davud qızı və 8 yaşlı oğlu Əmralı İslam Mövlud oğlu yaşadıqları evlərdə dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön