Ana Sayfa > Karusel / Cəmiyyət > Ağdamda Ermənistanın PUA-sı məhv edildi - FOTO

Ağdamda Ermənistanın PUA-sı məhv edildi - FOTO


21-02-2019, 16:11. Yazar: sevinc1
Ağdamda Ermənistanın PUA-sı məhv edildi - FOTO




ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Bu barədə aia.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

aia.az
Geri dön