Ana Sayfa > Karusel / Ölkə > Vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsini “topa tutur”---ŞOK İTTİHAM

Vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsini “topa tutur”---ŞOK İTTİHAM


21-02-2019, 13:31. Yazar: admin
Vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsini “topa tutur”---ŞOK İTTİHAM



Bir neçə gün bundan öncə “Gundemxeber.az” saytının redakasiyasına Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi-52 ünvanda qeydiyyatda olan Gərəkməzli Musa Adil oğlu tərəfindən şikayət ərizəsi daxil olub.

Adı çəkilən bu şəxs yazmış olduğu ərizəsində qeyd edir ki, “Mən 30 ilə yaxındır ki, QANUN çərçivəsində 30 kvm-lik sahəsi olan zirzəmini heç cür özəlləşdirə bilmirəm. Buna da əsas səbəb, məndən böyük məbləğdə rüşvətin tələb olunmasıdır. Yəni, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məmuru Qüddəsər Niftəliyev bildirir ki, “Özəlləşdirmək istədiyin zirzəminin hər kvm-i üçün, “yuxarıdakılar” məndən əlavə “haqq-hesab” tələb edirlər. Onların tələb etdikləri məbləğin miqdarı 15500 ABŞ $-dır”. Mən istənilən belə bir məbləği verməyə heç cür imkanım olmadığından, məhkəməyə müraciət etmişəm. Düz səkkiz ildir ki, bununla bağlı müxtəlif instansiyalarda məhkəmə prosesləri gedir və bütün məhkəmələrin (Ali Məhkəməyədək) hər biri qanunun aliliyinə istinad etməklə xeyrimə QƏTNAMƏ və QƏRARLAR çıxarsalar da, ƏMDK-si ötən səkkiz il ərzində bunları icra etməkdən imtina edib. Belə bir QƏTNAMƏ və QƏRARLARların varlığına baxmayaraq, qarşı tərəf qeyd olunan zirzəmi sahəsini heç bir əsas olmadan auksiona çıxarmış və başqa bir vətəndaşa da satmışlar. Bu da hədsiz dərəcədə özbaşnalıq, zorakılıq, azğınlıq və s. kimi halların varlığıdır.


Vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsini “topa tutur”---ŞOK İTTİHAM

Onu da bildirim ki, hələ bir müddət bundan əvvəl belə bir problemin həlli ilə bağlı Bakı şəhəri, Xətai rayon Məhkəməsinə müraciət etmişdim və məhkəmə tərəflərin imzalamış olduqları alqı-satqı müqaviləsini ləğv etdi və xeyrimə qərar çıxartdı. Qarşı tərəf çıxarılmış qərardan Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikatəyi etsə də, 12 fevral 2019-cu il tarixdə saat 12:00-da keçirililən məhkəmə prosesi zamanı, hakim Xumar xanım Mərdanova Xətai rayon Məhkəməsinin çıxarmış olduğu qərarı qüvvədə saxladı.

Vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsini “topa tutur”---ŞOK İTTİHAM

Əlavə olaraq onu da qeyd edim ki, bu günə kimi üz-üzə qaldığım belə bir problemin həlli ilə bağlı bir neçə dəfə rəsmi dövlət strukturlarına ərizə ilə müraciət etsəm də, səlahiyyətli orqanlar tərəfindən qanuni araşdırmalar aparıb mənə əsaslandırılmış cavab verilməmişdi. O halda məndə belə bir qənaət formalaşmışdı ki, bəzi dövlət məmurları kimlərinsə nəzərində işgüzarlıq görüntüsü yaratsalar da, (indi buna gözdən pərdə asmaq və ya, SSRİ dönəmində “radi qaloçki” deyilirdi) əslində onlar Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozmaqla məşğul olurlar. Yəni, həmin məmurlar açıq-aşkar şəkildə Prezidentin sərəncam və qərarlarına sayğısızlıq və etinasızlıq göstərirlər. Təqdim etdiyim sənədlərə diqqət yetirməklə belə bir nəticəyə də gəlmək mümkündür ki, hal-hazırda Əmlak Məsələləri Dövlət Komitəsi “DÖVLƏTİN DAXİLİNDƏ DÖVLƏTÇİLİK” edir. Fakt budur ki, adı çəkilən qurum tərəfindən vətəndaşların Konstitusiya ilə qorunan hüquqları sistematik pozulur və bu qurum öz daxili Qanunları ilə fəaliyyət göstərir. Hətta, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarını və qətnamələri yerinə yetirməkdən də boyun qaçırır. Çünki, yuxarıda qeyd etdiyim kimi Əmlak Məsələləri Dövlət Komitəsi “DÖVLLƏTİN DAXİLİNDƏ DÖVLƏTÇİLİK” prinsipi ilə fəaliyyət göstərir.

Bu da bir faktdır ki, xalqımızın sosial-rifah halının (korrupsiya ilə mübarizə, xalqın sosial vəziyyətinin yaxşılaşdırılması, sağlamlığının qorunması və s.) yaxşılaşdırılması məqsədilə, bu günə kimi cənab Prezident tərəfindən çoxsaylı sərəncam və qərarlar imzalanıb. Əfsuslar olsun ki, bu Sərəncam və Qərarlardan irəli gələn prinsiplərin həyata keçirilməsinə, hələ də bəzi dövlət məmurları əngəllər yaratmaqla məşğuldurlar. Əslində belə bir addımlarını atanlar xalqın və cənab Prezidentin düşmənləridir. Çünki, onlar belə bir addımları ilə xalqa və Prezidentə qarşı xəyanət mövqeyində dayanırlar. Bu gün korrupsiyanın kökləri o qədər çoxşaxəli və dərindir ki, belə bir halın varlığına qarşı mübarizədə KİV-in roluna böyük ehtiyac duyulur. Çünki, bəzi dövlət qurumları tərəfindən aparılan mübarizənin effekti yoxdur və demək olar ki, sıfra bərabərdir. Dəfələrlə aidiyyatı orqanlara üz-üzə qaldığım korrupsiya amilləri və hüquqlarımın pozulması ilə bağlı müraciətlər etsəm də, heç bir halda əsaslı cavab əldə edə bilmədim.


Hörmətli redaksiya! Ona görə də Sizə bir vətəndaş olaraq müraciət edirəm ki, mənim və yüzlərlə mənim təki vəziyyətdə olan şəxslərin haqq səsinin Prezident Administrasiyasına çatdırılmasında vasitəçi və yardımçı olasınız”.

Bu açıqlamada Əmlak Məsələləri Dövlət Komitəsinə və konkret olaraq adı çəkilən qurumun məmuru Qüddəsər Niftəliyevə qarşı səslənən ittihamlar Gərəkməzli Musa Adil oğlua məxsus olduğundan, hələlik bu barədə nəsə deyə bilmərik. Amma, onu qeyd etməyi özümüz üçün borc bilirik ki, hər bir məmur üzərinə düşən vəzifə borcunun Qanun çərçivəsində icra etməlidir ki, vətəndaşın dövlət qurumuna, konkret şəxsə qarşı inamsızlığı formalaşmasın. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir.

Gundemxeber.az
Geri dön