Ana Sayfa > İqtisadiyyat > Kimlərin banklara olan borcu bağışlanacaq?
Kimlərin banklara olan borcu bağışlanacaq?21-02-2019, 13:30. Yazar: sevinc1 |
Son günlər 700 minə yaxın vətəndaşın təxminən 1,8 milyon manat problemli kretidinin dövlət tərəfindən ödənilməsi məsələsi müzakirə olunur. 2015-ci il devalvasiyalarından sonra problemli kreditlərin get-gedə böyüməsi bir sıra bankların bağlanmasına, digərlərinin isə vəziyyətinin ağırlaşmasına gətirib çıxarmışdı. Bəs dövlət problemli kreditləri hansı mexanizmlə ödəyəcək və bu proses necə olmalıdır? aia.az-ın məlumatına görə bu məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlama verib. Məsələni geniş şərh edən ekspert problemli kreditlərin həcminin son illərdə daha da artdığını və bunun həm banklar, həm vətəndaşlar, həm də dövlətin iqtisadi vəziyyəti üçün ciddi problemə çevrildiyini bildirib: "Birinci və ikinci devalvasiyadan sonra problemli kreditlər mövzusu çox aktual idi. Təəssüf ki, uzun illər bunun həlli ilə bağlı addımların atılmaması səbəbindən problem daha da dərinləşdi. İkinci devalvasiyadan sonra problemli kreditlər ümumi kredit portfelinin cəmi 7-8 faizini təşkil edirdisə, bu gün artıq 2 dəfə artaraq, 16 faizə çatıb. Bu həm bankların iqtisadi aktivliyinə mənfi təsir göstərir, həm də vətəndaşların üzərində böyük yük kimi qalıb. Çünki vətəndaşlar öz gücləri hesabına bu vəsaitləri ödəmək qalibiliyyətində deyillər. Kreditlərin böyük əksəriyyəti dollarla olduğundan, 2 devalvasiya bu borcu vətəndaşlar üçün 2 dəfədən çox artırıb və üstəlik üzərinə faiz də gəlib. Problemli kreditlər həm iqtisadi aktivliyə, həm vətəndaşların psixoloji və sosial vəziyyətinə, həm də qeyd etdiyim kimi bankların fəaliyyətinə pis təsir edir. Problem həll olunsa bankların özü də müəyyən qədər nəfəs alar. Çünki elə banklar var ki, onların kredit portfelində problemli kreditlərin həcmi 30 faizdən yuxarıdır. Görünən odur ki, məsələnin həlli ilə bağlı müəyyən addımlar atılacaq. İlkin hesablamalara görə təxminən 700 min insanın problemli krediti var. Bu da olduqca böyük rəqəmdir və Mərkəzi Bankın rəsmi hesabatlarına görə, problemli kretidlərin həcmi təxminən 1,8 milyard manata yaxındır. Problemin həlli mexanizmləri də maraqlı olacaq. Hələ ki, məsələnin hansı şəkildə həll olunacağı açıqlanmır. Mexanizm olaraq çox güman ki, pullar vətəndaşa yox, birbaşa banklara ödəniləcək və böyük ehtimalla köhnə məzənnə ilə olan borclar qalacaq, yeni məzənnə ilə olanlar silinəcək. Yəni, 0.78 AZN ilə olanlar qalacaq, yerdə qalanlar ödəniləcək. Yaxud da 3-5 və ya 10 min manata qədər olan borcların silinməsi mexanizmi tətbiq oluna bilər. Hansı mexanizmin tətbiq olunması daolduqca vacib məsələdir. Borcların bağışlanması üçün büdcədən və ya Neft Fondundan vəsait ayrılsa, bu, həm bankların dayanıqlılığının artması üçün böyük kömək olar, həm də 700 minə yaxın problemli krediti olan vətəndaşların sosial, hətta psixoloji vəziyyəti yaxşıla bilər və onların iqtisadiyyata yenidən qazandırılması mümkün olar. Çünki bu gün həmin insanlar borc səbəbindən yeni kreditlər alıb, iqtisadi fəaliyyətlə məşğul ola bilmirlər". Ötən illərdə problemli kreditlər məsələsinin həlli üçün üçlü mexanizmin tətbiq olunmasını təklif edən ekspert, bugünkü gündə bunun tətbiqinin effektli nəticə verməyəcəyini açıqlayıb: "Mən ikinci devasiyadan sonra məsuliyyətin 3 yerə bölünməsi mexanizminin tətbiq olunmasını təklif etmişdim. Bu mexanizm 2015-ci ildə probemli kreditlər bu qədər qabarmamış tətbiq olunsaydı, ciddi effekt verə bilərdi. Burada kreditin 33 faizi vətəndaşın, 33 faizi bankın, digər 33-34 faizi də dövlətin. Lakin hazıda vəziyyət dəyişib. Çünki o vaxtdan indiyə problemli kreditlərin həcmi ciddi şəkildə artıb, üzərinə faizlər gəlib. Ona görə də indiki dövürdə hər hansısa bankın öz üzərinə belə bir yek götürə biləcəyini düşünmürəm. Çünki bankların özünün də vəziyyəti yaxşı deyil. Bü gün 1-2 bankı çıxmaqla yerdə qalanları ziyanla işləyir. Yəni bu gün ziyanla işləyən banklar həmin borcların 30 faizini belə öz üzərinə götürmək iqtidarında deyillər. Düşünmürəm ki, hazırda banklarla dövlət bunu hər hansısa formada bölüşdürə bilərlər". Dövlət bunun üçün daha hansı addımlar ata bilər? "Məsələn, bankların hər ay vergi öhdəlikləri yaradır. Dövlət müəyyən müddət bu öhdəlikləri almayaraq, onların vətəndaşların borclarına hesablanmasını tətbiq edə bilər. Əgər hər hansısa bank, ay ərzində 100 min manat vergi ödəyirsə, o 100 mini ödəmədən vətəndaşın orcunu silə bilər. Mexanizmin necə olacağından çox şey asılıdır. Ümid edirəm ki, vətəndaşların xeyrinə bir mexanizm formalaşdırılacaq". aia.az Geri dön |