Ana Sayfa > Gündəm > Hərbi Hava Qüvvələri təlimlərə başladı - FOTO

Hərbi Hava Qüvvələri təlimlərə başladı - FOTO


20-02-2019, 12:19. Yazar: sevinc1
Hərbi Hava Qüvvələri təlimlərə başladı - FOTO


Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilir.



Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən aia.az-a məlumat verilib.



Təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq etdirirlər.



Təlimlərdə HHM bölmələri döyüş atışları icra edəcəklər.

aia.az
Geri dön