Ana Sayfa > Cəmiyyət > Məcburi köçkünlərin yaşadığı 4 ev yandı - Xəsarət alan var

Məcburi köçkünlərin yaşadığı 4 ev yandı - Xəsarət alan var


20-02-2019, 10:50. Yazar: sevinc1
Məcburi köçkünlərin yaşadığı 4 ev yandı - Xəsarət alan var


Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın olub.
Hadisə ötən gün saat 23:00 radələrinə bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə(məcburi köçkünlərin məskunlaşdığı)baş verib.Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alan şəxsi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, yanğında xəsarət alan şəxs 1977-ci il təvəllüdlü İsmayılova Süsən Qurban qızıdır. O üzünün və sağ əlinin yanması xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.

aia.az
Geri dön