Ana Sayfa > Cəmiyyət > Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı

Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı


19-02-2019, 15:04. Yazar: sevinc1
Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı



Sumqayıtda mənzildə qadın meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Atakişiyeva Raifət Şahbuz qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

aia.az
Geri dön