Ana Sayfa > Dünya > “Qırıcı təyyarələr almaq istəyi lüzumsuz pul xərcidir” - Ekspert Yerevanı BİABIR ETDİ
“Qırıcı təyyarələr almaq istəyi lüzumsuz pul xərcidir” - Ekspert Yerevanı BİABIR ETDİ19-02-2019, 14:39. Yazar: sevinc1 |
“Ermənistanın Rusiyadan 12 ədəd Su-30SM tipli qırıcı təyyarə almaq istəyi lüzumsuz pul xərcidir”. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Van Ambartsumyan açıqlama verib. Onun sözlərinə görə, həmin təyyarələrə veriləcək yüz milyonlarla dolları daha məntiqli xərcləmək olardı: “Azərbaycanın Hava Hücmundan Müdafiə Sistemi o qədər güclüdür ki, Su-30SM təyyarələrinin alınmasını lüzumsuz pul xərci sayıram. Bundan başqa, həmin təyyarələr Yerevana çatana qədər, artıq köhnəlmiş modifikasiyada olacaqlar”. Ovanisyan deyib ki, Malaziya və Hindistanın Rusiyadan satın aldığı Su-30MK və Su-30MKM təyyarələri Su-30SM-dan daha müasirdir. aia.az Geri dön |