Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-2 > Region – Lənkəran Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq
Region – Lənkəran Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq18-02-2019, 12:54. Yazar: sevinc1 |
Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq. Layihənin bugünkü seçimi Lənkəran rayonudur 2018-ci ildə ölkənin digər bölgələrində olduğu kimi Lənkəran rayonunda da sosial-iqtisadi inkişaf uğurla davam edib. Regionların 3-cü sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayon üzrə nəzərdə tutulmuş bütün tədbirlər yüksək səmərəliliklə həyata keçirilib. Ən əsası, Proqramın icrası illəri ərzində rayon sakinlərinin maddi rifah halı əhəmiyyətli dərəcədə yüksəlib. Bütün bunlar barədə dolğun məlumatlar fevralın 5-də Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə keçirilmiş və 2018-ci ilin iqtisadi yekunlarına həsr olunmuş iclasında ixctimaiyyətə təqdim olunub. Dövlətin dəstəyi rayonun iqtisadi potensialının dinamik artımını təmin edib Lənkəranlılar üçün ötən ilin ən önəmli və yaddaqalan hadisələrindən biri də Ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin 15 ilinin tamamında bölgəyə növbəti dəfə səfər etməsi olub. Bu barədə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov İB yanında Şuranın iclasında “2018-cı ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” etdiyi geniş hesabat məruzəsində də açıqlama vermişdi. Öz çıxışında icra başçısı ötən ilki prezident seçkilərini və cənab Prezidentin Lənkərana növbəti səfərini 2018-ci ilin ən əlamətdar hadisələri kimi dəyərləndirərək bildirmişdi ki, cənab Prezidentin açılışını etdiyi Olimpiya İdman Kompleksi, Xalça fabriki, Hirkan-Daşdatük-Biləsər avtomobil yolu, baxış keçirdiyi Lənkəran İstisu Sağlamlıq Mərkəzi, yeni istifadəyə verilmiş Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq laboratoriyası, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi, Lənkəran-2 Elektrik Yarımstansiyası ötən 15 il ərzində rayonun sürətlə artan iqtisadi potensialına növbəti töhfələr olub. Əlbəttə ki, bu obyektlərin açılışı rayonun iqtisadi göstəricilərinə də öz təsirini göstərib. Nəticə olaraq, rayon iqtisadiyyatının bir çox önəmli sahələrində yüksək göstəricilər əldə edilib. Rayona yeni investisiyalar cəlb olunur, iş yerləri açılır, əmək haqqları yüksəlir... Diqqətəlayiq haldır ki, ötən il Lənkəran rayonu üzrə ümumi məhsul buraxılışı 1,1 faiz artaraq 450,9 milyon manata çatıb. O cümlədən, əvvəlki ilə nisbətən 2,6 faiz çox sənaye məhsulu istehsal olunub. Eyni zamanda bu artım insanların əmək haqqlarına da öz müsbət təsirini göstərib. Belə ki, sənayedə çalışanların orta aylıq əmək haqqı artaraq 306 manat təşkil edib. Həmçinin hesabat ilində rayona ümumi layihə dəyəri 115 milyon 755 manat məbləğində özəl investisiya cəlb olunub, 60 milyon manat məbləğində investisiya sərf edilib, bunun da 3 milyon manatını xarici investisiyalar təşkil edib. Nəticədə ötən il rayonda ümumilikdə 3360 yeni iş yerinin açılıb ki, onlardan 2754-ü daimi iş yerləridır. Bundan başqa rayon üzrə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 129,8 milyon manat təşkil edib. Məlumdur ki,əhalinin ümumi rifah halının yüksəldiyinə dəlalət edən göstəricilərdən biri də məhz şəxsi evlərin tikintisində müşahidə olunan intensivlikdir. Lənkəranda isə, ötən il əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 31,4 min kv/metr olan yeni yaşayış evləri tikilərək istifadəyə verilib. Eyni zamanda yaşayış məntəqələrinin kütləvi qazlaşdırılması, elektik təsərrüfatının müasirləşdirilməsi, yeni su xəttlərinin çəkilməsi hesabına əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı xeyli yaxşılaşdırılıb. Kənd təsərrüfatı məhsullarının istehsalı xüsusi diqqət mərkəzindədir Lənkəranda ötən il aqrar sahədə də işlər kifayət qədər uğurla davam edib. Belə ki, rayon üzrə 105,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2017-ci ilə nisbətən 1,1 faiz çoxdur. Xüsusilə qeyd etmək lazımdır ki, rayonda çəltikçiliyin inkişafına göstərilən dövlət qayğısı torpaq sahiblərində bu sahəyə olan marağı xeyli artırıb. Ötən il rayonda 826 hektarda çəltik əkilib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 300 hektar çoxdur. Bu il isə, Lənkəranda çəltik sahələrinin genişləndirilərək 1000 hektara çatdırılacağı nəzərdə tutulub. Eyni zamanda da, yığılacaq məhsulun emalı üçün müasir tipli 3-cü çəltik zavodu artıq istifadəyə verilib. Məlumdur ki, Lənkəranda çay və sitrus meyvələrinin yetişdirilməsi də ənənəvi sahələrdən sayılır. Bu baxımdan, ötən rayonun Separadi kəndində 92 min ağacın əkildiyi yeni sitrus bağı, Osakücə kəndiində 50 hektara çatdırılmış çay plantasiyası aqrar sahədə işi genişləndirməklə yanaşı əlavə iş yerlərinin də açılmasına səbəb olub. Həmçinin ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı Ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar ötən ildən başlayaraq uzun fasilədən sonra ilk dəfə olaraq rayonda barama istehsalına başlanılıb və artıq 3,7 ton yüksək keyfiyyətli barama istehsal edilib. Əhali ilə keçirilən görüşlər mövcud problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir Bu gün Lənkəran rayonunda müşahidə edilən dinamik iqtisadi inkişafın təmin olunmasında sözsüz ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun xüsusi əməyi vardır. Belə bir məqamı da vurğulamaq lazımdır ki, T.Qaraşov idarəçilik işində necə deyərlər, rayonun, insanların nəbzini daim hiss etməyin nə qədər vacib olduğunu və buna necə nail olmağın yollarını da çox gözəl bilir. Buna görə də icra başçısı fəaliyyətinin əsaslarını təşkil edən iş prinsiplərdən biri kimi, rayonun əhalisi ilə mütəmadi görüşlərin keçirilməsini müəyyən edib. Belə ki, yerlərdə əhali ilə əlaqələrin möhkəmləndirilməsi, insanları narahat edən sosial problemləri öyrənib və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, bununla əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi kimi məsələlər daim başçı tərəfindən diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq keçirilən belə görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülür, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılır və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar təcili tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin ilk ayları da cənab Taleh Qaraşov tərəfindən ardıcıl olaraq keşirilən belə görüşlərlə zəngin olmuşdur. Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı bu ilin ilk səyyar qəbul-görüşünü yanvarın 16-da rayonun Kərgəlan kənd sakinləri ilə keçirib. İcra strukturları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə və xidmət sahələri rəhbərlərinin təmsil olunduqları görüşdə cənab Taleh Qaraşov kənd sakinlərini dinləyərək onları narahat edən problemlərlə maraqlanıb, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bundan sonra yanvarın 21-də Liman şəhərində, yanvarın 25-də Vilvan kəndində, yanvarın 30-da Lənkəran şəhərində, fevral ayının 6-da rayonun Göyşaban kəndində, fevralın 13-də isə, rayonun ən ucqar yaşayış məntəqələrindən olan Havzovada icra başçısının sakinlərlə səyyar qəbul-görüşləri keçirilib. Şəhər İcra hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi hər bir görüşdə vətəndaşların müraciətləri dinlənilir, onları narahat edən məsələlər araşdırılmaqla inzibati ərazi vahidliyinin inkişafı ilə bağlı təkliflərə münasibət bildirilir. Yeri gəlmişkən, fevralın 6-da keçirilmiş görüş zamanı Göyşaban və Ürgə kəndlərində yaşayan sakinlər vətəndaş müraciətlərinə diqqətin artmasından, narahatlıq doğuran problemlərin həllindən ötrü görülən işlərdən razılıqlarını ifadə edərək əvvəlki görüşlərdə qaldırdıqları təkliflərə əsasən ərazinin başdan başa qazlaşdırılmasının, elektrik təsərrüfatında yenidənqurma işlərinin aparılmasının, 384 nömrə tutumlu elektron ATS-in quraşdırılmasının, 80 abonent üçün yeni rabitə xəttinin çəkilməsinin, 540 ailənin içməli su ilə təmin olunmasının dövlətin qayğısı kimi onların həyat şəraitini xeyli yaxşılaşdırdığını diqqətə çatdırıblar. Öz çıxışlarının birində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşov Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı 4-cü Dövlət Proqramının icrası çərçivəsində də Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində yeni-yeni layihələrin reallaşacağını, quruculuq-abadlıq işlərinin geniş vüsət alacağını qeyd edib. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |