Ana Sayfa > Gündəm > Nazir: Azərbaycanda müəssisələr dövriyyəni yüz milyonlarla manat azaldır
Nazir: Azərbaycanda müəssisələr dövriyyəni yüz milyonlarla manat azaldır18-02-2019, 11:22. Yazar: sevinc1 |
Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması 2019-cu ildə xüsusi diqqət ayrılacaq prioritetlərdən biri olacaq. Trend-in məlumatəna görə, bunu Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda deyib. Nazir bildirib ki, ötən ilin yekunu üzrə iri topdansatış müəssisələrində 930 milyon manat, şəbəkə sistemli marketlər - 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manatdan artıq dövriyyənin azaldılması faktları aşkarlanıb: "Bizim ilk funksiyamız bütün faktları aşkara çıxarmaq və müəssisələri vergiyə cəlb etməkdən ibarətdir". aia.az Geri dön |